7 saylı həbsxanada silahlı insident: əsgər hərbçi yoldaşını güllələdi

7 saylı həbsxanada silahlı insident: əsgər hərbçi yoldaşını güllələdi 

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi