Abşeron rayon İcra Hakimiyyəti ilə bağlı yazılan neqativ xəbərlərin səbəbkarı kimdir?

Abşeron rayon İcra Hakimiyyəti ilə bağlı yazılan neqativ xəbərlərin səbəbkarı kimdir? 

Hazırda ölkə mətbuatının əsas manşet mövzularından birini Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlı yazılan neqativ xəbərlər təşkil edir.

Faktinfo.az xəbər verir ki,Pravda.az rayon icra hakimiyyəti haqda saytlarda dərc olunan yazıların mənbəyi ilə bağlı qısa araşdırma aparıb.

 

Məlum olub ki, Abşeron Rayon İcra Hakimiyyəti bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Qasımbəylinin "fəaliyyəti" nəticəsində hədəfə çevrilir. Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmdovanın kadrı kimi tanınan S.Qasımbəyli media orqanlarına və jurnalistlərə qarşı xüsusi aqressiyası ilə seçilir.

 

Maraqlıdır, Abidin Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən KİV-lərlə sivil və pozitiv münasibətlər sistemi qurmuşdu. Bəs, hazırda Abşeron rayonuna rəhbərlik edən A.Fərzəliyevin mediaya qarşı müsbət münasibətinin taleyi necə olacaq?

 

 

Diqqət ediriksə, A.Fərzəliyev Abşerona gedəndən sonra onun haqqında daha çox peşəkar media neqativ xəbərlər tirajlayır. Əvvəllər belə bir situasiya müşahidə olunmurdu. Görünür, S.Qasımbəyli media ilə icra hakimiyyəti, daha doğrusu, A.Fərzəliyev arasında uçurum yaratmağı əsas prioritet seçib.

 

Seymur Qasımbəyli:Azərbaycanın var oluşunda Heydər Əliyev dühası

 

Nadir

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi