Asim Mollazadə:“Səməd Seyidovun mandatı ləğv olunmayacaq”

Asim Mollazadə:“Səməd Seyidovun mandatı ləğv olunmayacaq” 

Milli Məclisin deputatı,AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə AŞPA-nın deputat Səməd Seyidova qarşı qaldırdığı iddiaya münasibət bildirib.

Strateq.az xəbər verir ki, A.Mollazadə Səməd Seyidovun mandatının ləğv olunmayacağını deyib. Deputatın sözlərinə görə, bu qərar Azərbaycana qarşı ikili standartların növbəti nümunəsidir: “Bu barədə hələlik qərar qəbul edilməsə də, ancaq AŞPA-nın son sessiyasında Azərbaycana qarşı təzyiq kampaniyası başladılıb. Bu da onun tərkib hissəsidir. Ancaq Səməd Seyidovun mandatı ləğv olunmayacaq. Hələlik nə qərar verilməsi barədə rəsmi açıqlama yoxdur. Ən təhlükəlisi o ola bilər ki, müşahidə missiyalarında və məruzəçi şəxs kimi iştirak hüququndan məhrum ediləcək. Bütün bunlar bir daha göstərir ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi