Azərbaycan neftinin qiyməti 70 dollardan baha satılır 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 70,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 69,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

 Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 9-da 65,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 9-da 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi