Azərbaycana xaricdən pul köçürmələri 45% artdı

Azərbaycana xaricdən pul köçürmələri 45% artdı 

Bu ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, ilkin rəqəmlərə əsasən yanvar-mart aylarında ölkəyə daxil olmuş pul baratlarının dəyəri 291,8 mln. ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvəllə müqayisədə 44,5%, 2 il əvvələ nisbətən isə 62,9% çoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi