Bakıda fəaliyyət göstərən gizli qumarxanalardan biri aşkarlandı

Bakıda fəaliyyət göstərən gizli qumarxanalardan biri aşkarlandı 

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

019ec94c-06f7-43ae-8f1b-4345ba4a01c4
53fd8873-05c6-4912-925d-e04d0cf89bd6
22453f2f-ca13-44ce-a3da-fb5044ece466
d8b71dad-f4db-4e1b-82dc-3d0af144b76a
d52345c3-e2a9-4c5d-b3c0-18de9404f60f
e243afb1-cb34-488d-b421-5cf71eb07211
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi