Cəmil Həsənlinin kitabları özünə qaytarıldı –Professor poçt xidmətindən ona zəng oldunduğunu deyir

Cəmil Həsənlinin kitabları özünə qaytarıldı –Professor poçt xidmətindən ona zəng oldunduğunu deyir 

Bakı hava limanının gömrükçüləri professorun “Stalin və soyuq müharibənin Türkiyə böhranı” kitabının 4 nüsxəsini saxlamışdı

Milli Şurasının sədri, professor Cəmil Həsənlinin Bakı hava limanında saxlanılan kitabları özünə qaytarılıb. Strateq.az xəbər verir ki, bu barədə onun özü “Facebook” səhifəsində məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, iyunun 8-də poçt xidmətindən ona zəng edilib:

“Kitabları azad ediblər. Bir az əvvəl UPS poçt xidmətindən mənə zəng etdilər ki, Harvard Soyuq Müharibə Seriyasından mənim ünvanıma göndərilmiş 4 ədəd kitabı hara gətirək? Mənim bu kitabım hələ 2011-ci ildə Harvard Soyuq Müharibə Seriyasında nəşr olunub və respublikayadaxil olub. 2013-cü ildə kitabı yumşaq üz qabığında təkrar nəşr edib mənə də müəllif nüsxələri göndəriblər. Deməli, gömrük orqanları iki dəfə bu kitabı “oxuyub”. İndi üçüncü dəfə maariflənmək istəyirdi. Özü də deyəsən eyni adlı kitabın hər dörd nüsxəsin ayrı-ayrılıqda oxumağı planlaşdırırdılar…”, o yazıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi