Davudoğluna Zərrab haqqında sual ünvanlandı- İttiham etmirəm,... 

İYİ Partiyasının sədr müavini Ümid Özdağ Rza Zərrab barədə şok iddia ilə çıxış edib.

Faktinfo.az xəbər verir ki,partiya sədrinin müavini bununla bağlı “CNN Türk”də yayımlanan “Tərəfsiz bölgə” proqramında danışıb.

O,Əhməd Davudoğlunun cavablamalı olduğu bir sual var,deyib. Ittiham etmirəm, ancaq soruşuram: 

"Rza Zərrab Əhməd Davudoğlu baş nazir olan zaman yanına gedərək, İran kəşfiyyat xidmətinin onu öldürməyə çalışdığını və bunun üçün də qorunmağa ehtiyacı olduğunu bildirib. Dağudoğlu da mühafizə təşkil edə bilməyəcəklərini deyib. Bu doğrudur, yoxsa yanlış? Cənab Davudoğlu açıqlasın”, - Özdağ deyib.

Qeyd edək ki, bir qədər əvvəl Rza Zərrabın İran kəşfiyyat təşkilatı olan ETTELAAT-ın casusu olduğu fikri səsləndirilmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi