Əflatun Amaşov yenidən MŞ sədri seçilib

Əflatun Amaşov yenidən MŞ sədri seçilib 

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin sayı 17-dən 23-ə çatıb.

***

İdarə Heyətin yeni tərkibinin formalaşması ilə bağlı keçirilən seçkilərin nəticələri açıqlanıb.

İştirakçılara 232 zərf paylanıb, 229 zərf geri qaytarılıb.

Səsvermə nəticəsində İdarə Heyətində jurnalsitlər arasında 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.

Əsas heyətə seçilənlər: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.

İctimaiyyət nümayəndələri arasından: Vüqar Səfərli, Müşfiq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.

İnternet portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.

Əflatun Amaşov isə yenidən MŞ sədri seçilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi