Ərdoğan: "Dedim axı,anidən girə bilərik"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraqda müstəqillik uğrunda keçirilən referenduma sərt reaksiya verib.

O, Silopidə ordunun hərbi təlimini izlədikdən sonra Bərzani hökumətinə, o cümlədən Suriyadakı PYD-YPG terror qruplarına çox sərt xəbərdarlıq edib:

"Şimali İraqdakı referendum ölkənin yaşadığı duruma nəzər salsaq görərik ki, fürsətçilik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın haqları var.

Referendumun nəticəsindən aslı olmayaraq, biz onu yox hökmündə qəbul edirik. Qeyri-qanunidir. İraqın mərkəzi hökuməti də, məhkəməsi də bunu açıqladı.

Biz bütün addımları atırıq, atacağıq da. Boş yerə silahlı qüvvələrimiz sərhəddə deyil. Anidən ora girə bilərik. Kimsəyə güzəşt yoxdur.

Bununla yanaşı, Haburdakı giriş-çıxışlarda da lazımi addımlar atılacaq. Buradan ora daha əvvəlki kimi qapılar açıq olmayacaq. Bütün bunlarla bağlı İraq mərkəzi hökumətinin mövqeyinə uyğun addım atılacaq. Bəs, Ərbil nefti hara axıdacaq? Borunun açarı bizdədir. Onu da bağlasaq, iş bitdi. Güzəşt yoxdur.

Hələ Suriyada YPG/PYD terror qrupları var, onlarda orada guya kurd dəhlizi yaratmaq istəyirlər. Daha bir terror dövlətinin qurulmasına izn verməyəcəyik. Bu, onlar üçün quru bir yuxudur. Dedim axı, bir gecə anidən gələ bilərik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi