Ərdoğanla Tramp Suriyanı müzakirəyə çıxardı – Tərəflər Əsədə qarşı hansı addımları atacaq?

ABŞ prezidenti Donald Trampla Türkiyənin prezidenti Ərdoğan telefonda Suriya böhranı ilə bağlı ötən gecə telefonda danışıblar.

Tərəflər Şərqi Quta bölgəsinə tətbiq edilən kimyəvi silah hücumu ilə bağlı fikir mübadiləsi apararaq, Əsəd rejiminə qarşı atılacaq addımları müzakirə ediblər. Lakin atılacaq addımların detalları açıqlanmayıb.

Məlumatda o da qeyd olunub ki, telefon söhbətində hər iki ölkənin lideri bundan sonra daha sıx müzakirə aparmaq qərarına gəliblər./Strateq.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi