Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu...

Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu... 

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib.

Axar.az xəbər verir ki, o, jurnalistin “PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq” sualını cavablandırmaqda çətinlik çəkib.

“İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm”, - Noyert bildirib.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd rejim qüvvələrinin Afrinə girdiyini açıqlamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi