Hacı Madər Binəqədinin sabiq başçsından danışdı:“Xaləddin müəllimin yaxşı və çatışmayan cəhəti var idi”

Hacı Madər Binəqədinin sabiq başçsından danışdı:“Xaləddin müəllimin yaxşı və çatışmayan cəhəti var idi” 

Prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Madər Musayev Modern.az-a yeni icra başçısı təyinatından danışıb. O, Elxan Allahverdiyevi şəxsən tanımadığını bildirib.

“Elxan Abdullayev haqqında ətraflı informasiyaya malik deyiləm. Bilirəm ki, cənab prezidentin sərəncamı ilə Binəqədinin icra başçısı təyin olunub.  İşləri avand olsun. Bizim də əlimizdən nə köməklik gəlirsə, onu edəcəyik”.

Madər Musayev keçmiş icra başçısı Xaləddin İsgəndərov barədə də danışıb:“Xaləddin müəllimin yaxşı və çatışmayan cəhəti olub. O da bizim rayonun icra başçısı olub. Mən də həmin rayonun deputatıyam. Əsasən, onunla tədbirlədə  görüşürdük. İndi isə canab prezident belə məsləhət görüb ki, onu icra başçısı vəzifəsindən çıxarıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi