Keçmiş prezidentin köməkçisi həbs edildi 

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın köməkçisi İsfəndiyar Rahim Meşai həbs edilib.

Faktinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, Əhmədinejadın prezidentliyi dövründə onun ən yaxın adamı və qudası olan Meşai Tehran İnqilab Məhkəməsinin başlatdığı istintaq çərçivəsində həbs edilib.

Qeyd edək ki, ötən il Meşai liderə böhtan atmaqda, rejimə qarşı təbliğat aparmaqda və xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etməkdə günahlandırlaraq məhkəməyə çağırılmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi