Kriminal aləmdə qruplar arası yeni savaş başlaya bilər 

Avtoritetlər arasında canlanma başlayıb. Belə ki, Türkiyədə cinayət aləminin lideri Laşa Şuşanaşvili (Laşa Rustavski) ilə yaxınlıq edən nüfuzlu oğru Qayoz Zviadadzenin (Qiya Kutaiski) killer tərəfindən öldürülməsi kriminal aləmdə yeni müharibəni başlada bilər.

Rusiya mətbuatının yazdığına görə, Qiyanın ölümü kriminal aləmi ayağa qaldırıb. Laşa Şuşanaşvilinin klanı artıq öz araşdırmalarına başlayıb. Hələlik cinayətin iki əsas versiyası ehtimal edilir.

Birinci ehtimala görə, Qiyanın ölümü Nezalejniydəki obşakın sahibi ukraynalı Andrey Nedzelski (Nedelya) ilə arasındakı konfliktlə əlaqəlidir.

İkinci ehtimal daha güclüdür. Kutaisi cinayət aləminin nümayəndəsi Zvidadze həbsdən çıxan kimi ətrafında güclü komanda toplama başlayıb. İlk növbədə ona Merab Canqveladze (Merab Suximiskiy) klanına aid oğrular qrupu qoşulub. Onlardan ən məşhurları - Qeorqi Nijaradze (Qiya) və Qoça Alpaidze (Alfason)dur. Bu Merabın ciddi narazılığına səbəb olub. O, narazılığını dəfələrlə dar çevrədə dilə gətirib. Zamanla onun narazılığı əhəmiyyətli dərəcədə böyüyüb və Zviadadzenin Laşa Şuşanaşvili ilə yaxınlaşdığı vaxtda Canqveladze tərəfindən kəskin şərh edilib.

Merab Canqveladze ilə Laşa Şuşanaşvili köhnə düşmənlərdir. Onlar arasındakı müharibə oğru aləmində 1 nömrəli oğru Aslan Usoyanın (Ded Hasan) ölümünə səbəb olub.

Cinayətin Zviadadze ilə şəxsi münaqişə zəminində olduğu məlum olsa, Qela Kardava qisas almaq istəyəcək. Lakin bu, qlobal "müharibə" yaratmayacaq.

Lakin Zvidadzeni Laşanın şəriki kimi vurulduğu və Merabın bu işdə əli olduğu ortaya çıxsa, Laşa Şuşanşvili mütləq cavab verəcək. Və bu cavab çox güclü səs-küy gətirəcək. Üstəlik bu müharibəyə yeni qüvvələr də qatılacaq ki, bu, vəziyyəti daha da ağırlaşacaq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi