Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb –100 nəfər həlak olub

Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb –100 nəfər həlak olub 

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir. Xatırladaq ki, Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi