Pentaqon açıqladı: Dedi-qodudur

Rusiya qırıcılarının Aralıq dənizində ABŞ-ın “Donald Kuk” gəmisinə yaxınlaşması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Erix Pahon deyib.

“Yayılan məlumatlar doğru deyil. Bu kimi xəbərlər internetdə yayılan dedi-qodulardır”, - deyə sözçü bildirib.

Qeyd edək ki, dünən “Donald Kuk” esminesinin Kiprdən Suriya sahillərinə yaxınlaşması və Rusiya qırıcılarının 4 dəfə gəmi üzərində uçuş etməsi barədə məlumatlar yayılmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi