Pompeo: Bir neçə yüz rus öldürmüşük 

ABŞ dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo Suriyada rusiyalı hərbçilərin öldürüldüyünü etiraf edib.

Bunu Senatdakı dinləmələr zamanı söyləyib. Onun sözlərinə görə, bir neçə yüz rusiyalı Suriyada ABŞ hərbi qüvvələrinin zərbələrinin qurbanı olub.

Qeyd edək ki, fevralın 7-də ABŞ ordusu Deyr əz-Zor şəhərinə zərbə endirib. Mətbuat zərbə nəticəsində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 300 muzdlusunun öldüyünü bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi