Prezident İlham Əliyev Trampla görüşdü

Prezident İlham Əliyev Trampla görüşdü

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampla görüşüb.

Lent.az-ın xəbərinə görə, görüşdən olan fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında paylaşıb.

Görüşdə birinci xanımlar Mehriban Əliyeva və Melaniya Tramp da iştirak edib.

Xatırladaq ki, prezident  İlham Əliyev xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilə sentyabrın 17-də BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər ediblər.