Qərbin qorxduğu baş verdi: Rusiya ordusunu...

Rusiya “Qərb-2017” təlimlərindən sonra hərbi qüvvələrinin bir hissəsini Belarusda saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargah rəisi Viktor Mujenko danışıb. Generalın sözlərinə görə, Rusiya Belarusdan yalnız bir qrup əsgər və zabitlərini çıxarıb.

“Bizdə olan məlumata görə, ordunun yalnız bir hissəsi Belarusdan çıxarılıb. Hərçənd təkcə 3000 nəfərini rusların təşkil etdiyi 12.500 məfərlik şəxsi heyətin təlimlərə cəlb olunduğu bildirilirdi”, - Mujenko deyib.

Mujenko həmçinin təlimlərə elan ediləndən daha çox şəxsi heyətin cəlb olunduğunu vurğulayıb.

Qeyd edək ki, Qərb ölkələri təlimdən sonra Rusiyanın öz ordusunu Belarusda saxlayacağından narahatlığını bildirsə də, Rusiya bu məlumatı təkzib etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi