Romadan Çikaqoya uçan təyyarə təcili eniş etdi

Romadan Çikaqoya uçan təyyarə təcili eniş etdi 

Romadan Çikaqoya uçan "United Airlines" hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi məcburi eniş edib.

Axar.az xəbər verir ki, təyyarənin tualetində bomba xəbərdarlığının edildiyi barədə kağız tapılıb.

Göyərtəsində 214 sərnişin daşıyan "Boinq 767" təyyarəsi İrlandiyanın "Şannon" hava limanına eniş edib. Sərnişinlər təxliyə edildikdən sonra təyyarədə axtarış aparılıb, ancaq hər hansı təhlükəli əşya aşkar edilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi