Rusiya: ABŞ təzyiq etsə də, onları Türkiyəyə verəcəyik

Rusiya: ABŞ təzyiq etsə də, onları Türkiyəyə verəcəyik 

ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400-lər Türkiyəyə göndəriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev deyib.

“Hər şey razılaşmaya uyğun şəkildə gedir. Kontrakt müəyyən edilmiş proqrama uyğun şəkildə yerinə yetirilir. Anlaşma ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. S-400-lərin ilkin mərhələsinin 2019-cu ildə göndərilməsi gözlənilir” – deyə Şuqayev bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyənin Rusiyadan S-400 almayacağına ümid etdiklərini bildirmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi