Rusiya generalının ölümündə ABŞ-ı təqsirləndirdi:"ABŞ-ın Suriyadakı ikiüzlü siyasətinin ağır bədəlidir"

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ötən həftəsonu Suriyanın şəriqndə həlak olmuş rusiyalı generalın ölümünə Birləşmiş Ştatların bais olduğunu deyib.

Hadisə baş verdiyi 24 sentyabrda Rusiyanın dəstəklədiyi qüvvələr ABŞ-ın təlimləndirdiyi və təchiz etdiyi qüvvələrin mövqeyinə təhlükəli şəkildə yaxınlaşıbmış.

Rusiyanın Müdafiə Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, general-leytenant Valeri Asapov Deyr ez-Zor şəhəri yaxınlığının mərmi atəşinə tutulması nəticəsində həlak olub.

Ryabkov dövlətin nəzarətində olan "RİA Novosti" agentliyinə deyib ki, Rusiya komandanının ölümü “Amerikanın Suriyadakı ikiüzlü siyasətinin ağır bədəlidir”.

Xarici işlər nazirinin müavini deyib: “Amerika tərəfi bəyan edir ki, o, İŞİD-in ləğv edilməsində maraqlıdır, lakin onun bir sıra hərəkətləri bunun əksini göstərir. Vaşinqton üçün bəzi siyasi və geosiyasi məqsədlər daha vacibdir”.

Moskva və Vaşinqton Suriya müharibəsibndə iki bir-birindən ayrı hərbi qüvvəni dəstəkləyir. Lakin hər iki qüvvə İraq sərhədi yaxınlığında İŞİD qüvvələrinin üzərinə yeriyir.

Vaşinqtondan Ryabkovun bəyanatına hələlik heç bir reaksiya olmayıb. Buna bənzər ittihamları əvvəllər Vaşinqton da səsləndirib. Birləşmiş Ştatlar dəfələrlə bildirib ki, Rusiya qüvvələri terrorçuları vurduğunu bəyan etsə də, əslində ABŞ-ın dəstəklədiyi qüvvələri hədəfləyir.

Rusiya aviasiyasının və İrana müttəfiq quru qüvvələrinin dəstəklədiyi Suriya hökumət qoşunları Fərat çayının qərb sahilində Deyr ez-Zor vilayətinin əksər ərazilərinə nəzarəti ələ alıb.

ABŞ tərəfindən dəstəklənən və kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) sentyabrın 20-də bildirmişdi ki, İŞİD-in Deyr ez-Zorun şimalında yerləşən son istehkamı Raqqa üzərinə hücum əməliyyatı son mərhələsinə daxil olub.

Bir-birinə çox yaxın ərazidə döyüşən iki qüvvənin qeyri-ixtiyari toqquşa biləcəyindən naraharlıqlar mövcuddur.

Rusiya Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Suriya qoşunları ABŞ-ın dəstəklədiyi kürd silahlıların mövqeyindən atəşə məruz qalsa, Rusiya dərhal cavab verəcək.

Belə bir vəziyyət ötən həftə ilk dəfə olaraq ABŞ və Rusiya generallarının üzbəüz görüşünü zəruri etmişdi. Onlar tərəflər arasında təsadüfi toqquşlmaların qarşısının alınması tədbirlərini müzakirə etmişdilər.

Bu arada SDQ-nin sözçşüsü deyib ki, Rusiya təyyarələri onun Deyr ez-Zordan çox da uzaq olmayan qaz yataqları ərazisində yerləşən qüvvələrini atəşə tutub. Briqada generalı Təlal Silo bu hücum zamanı ölən və yaralananlar barədə heç bir təfərrüat verməyib. Rusiya hərbiyyəsi isə bu ittihamı rədd edrək bildirib ki, onun təyyarələri bir neçə mənbə tərəfindən təsdiq edilmiş obyektlərə dəqiq zərbələr endirir.

SDQ qüvvələri sentyabrın 23-də ölkənin Konikoda yerləşən ən böyük qaz yatağını İŞİD-dən geri aldığını bəyan edib.

Suriya müxalifəti bildirir ki, ölkənin başqa yerlərində Rusiyanın hava zərbələri nəticəsində 36 mülki həlak olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi