Rusiyanın gözü ABŞ-da: Hər şey FES-dən asılıdır 

Rusiya ABŞ sanksiyalarına cavab verə bilməyəcək.

Bunu “Novoya qazeta”ya açıqlamasında rusiyalı iqtisadçı Sergey Xestanov deyib.

“Amerika şirkətlərinin Rusiyada elə də böyük biznesi yoxdur. Ona görə də sanksiyalara cavab təsirli olmayacaq. Rublun devalvasiyası isə böyük ehtimalla baş tutacaq. Lakin bu dəfə 5-10% həcmində olacaq. Devalvasiya bu dəfə bir sıra ixracatçılara və federal büdcəyə fayda gətirəcək”, – deyə o bildirib.

Digər iqtisadçı Aleksandr Losev isə rubl üçün hazırda sanksiyaların yox, daha çox xarici monetar faktorların qorxulu olduğunu deyib:

“Hər şey ABŞ Federal Ehtiyat Sistemindən asılı olacaq. Əgər FES faiz dərəcələrini artırmağa davam etsə, o zaman rubl və dollar arasında gəlirlilik fərqi o qədər aşağı olacaq ki, bu, artıq oyunçuların öz risklərini kompensasiya etməsinə imkan verməyəcək. İnvestorlar artıq rubla yüksək gəlirli valyuta kimi yatırım edilməsinin mənasız olduğunu anlayacaqlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi