Şimali Koreyanın hədəf seçilməsinin əsl səbəbi

Şimali Koreyanın hədəf seçilməsinin əsl səbəbi

Şimali Koreya faydalı qazıntı ehtiyatlarının dəyəri 2,79 trilyon dollardır.

Axar.az xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın “Koreya Resors” şirkətinin hesabatında yer alıb. Hesabatda bu göstəricinin Cənubi Koreyadan 14 dəfə çox olduğu bildirilib. Şirkət hazırda Şimali Koreya mineral resursların axtarışını 38 şirkətin həyata keçirdiyini, bunun 33-nün Çinə aid olduğunu bildirib. Digər beş şirkətin 2-si Yaponiyaya, 2-si Fransaya və 1-i İsveçrəyə aiddir.

Qeyd edək ki, Şimali Koreyada zəngin maqnezit, sink, volfram, dəmir və qızıl yataqları var. Maqnezit yatağındakı ehtiyatlar 6 milyard ton hesab edilir, bu isə dünyada ikinci ən böyük yataq sayılır. Bu yataq çox zaman elektrik enerjisinin çatışmazlığı, köhnəlmiş texnika ucbatından tam işlənə bilmir. Ölkədəki sink yataqlarındakı ehtiyatın həcmi 21,1 milyon ton, dəmirin həcmi 5 milyon ton, qızılın həcmi isə 2 milyon ton hesab edilir.