Tbilisidə yenidən kütləvi etirazlar başladı

Tbilisidə yenidən kütləvi etirazlar başladı 

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyası keçirilir.

Faktinfo.az Virtualaz.org-a istinadən  istinadən bildirir ki, etirazçı kütlə parlament binasının qarşısında toplaşıb. 5 mindən çox insanın qatıldığı aksiyaya görə Rustaveli prospekti bağlanıb.

“Öldürmə” devizi altında keçirilən aksiyada əsasən hökumətin istefası tələb olunur. Aksiyaya müxalifət siyasi partiyaların nümayəndələri də qoşulublar.


Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağına söz verib. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: “Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir”. 


Axşama doğru aksiya iştirakçılarının sayının bir neçə min nəfər artacağı söylənilir.Xatırladaq ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetirilib. Prokurorluq araşdırma zamanı əsl gunahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideylər və onların tərəfdarları aksiyalara başlayıblar.


Nəticədə Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Bu, etirazçıları qane etməyib və onlar indi də Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirlər. Georgi Kvirikaşvili isə istefa verməyəcəyini bəyan edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi