Tiflisdə gərginlik səngimir: Nazir görüşə gəldi

Tiflisdə gərginlik səngimir: Nazir görüşə gəldi 

Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya Tiflisdə aksiyaların keçirildiyi Rustaveli küçəsinə gəlib.

Axar.az xəbər verir ki, o, hazırda “Ağ səs-küy” hərəkatının üzvləri ilə parlament binasında görüş keçirir.

Qeyd edək ki, Tiflisdə gecə klublarında narkotikə qarşı böyük səs-küylə aparılan reydlərdən sonra gənclərin aksiyası başlayıb. Reydlər əsasən “Bassiani” və “Qalleri” (Cafe Gallery) gecə klublarına təşkil edilib. Əməliyyat zamanı 8 narkotacir tutulub ki, onlardan da biri “Qalleri”nin mühafizəçisidir.

Əməliyyat son bir həftə ərzində 5 gəncin mənşəyi məlum olmayan narkotik qəbulundan sonra ölməsi və 8 gəncin xəstəxanalara yerləşdirilməsindən sonra aparılıb.

Əməliyyata etiraz edən onlarla gənc saxlanılıb. Bunun ardınca isə parlamentin və hökumətin önündə gənclərin çoxminli aksiyaları başlayıb.

“Ağ səs-küy hərəkatı”nın bu gün parlament önündəki aksiyasına cavab aksiyası keçirildiyi üçün polis arada kordon qurub və toqquşmaya imkan vermir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi