Türkiyəyə qarşı ABŞ və BƏƏ-nin ortaq həmləsi – Əfqan planı

Türkiyəyə qarşı ABŞ və BƏƏ-nin ortaq həmləsi – Əfqan planı 

Ölkənin İranla sərhəd məntəqələrindən Türkiyəyə keçmək istəyən əfqanların sayı durmadan artır. 2018-ci ilin cari dövründə 30 minə yaxın əfqan Türkiyəyə daxil olub. Onların 7100 nəfəri təyyarə vasitəsilə ölkələrinə geri göndərilib.

Axar.az xəbər verir ki, Türkiyənin “Haber7” nəşri sərhəddə yaşanan bu “köç böhranı”nın arxasında ABŞ və BƏƏ-nin dayandığını yazıb.

Nəşrin yazdığına görə, bölgədə əfqanların genişmiqyaslı köçü bilərəkdən Türkiyə sərhədlərinə yönləndirilir. Bunun arxasında isə başda ABŞ, BƏƏ, bir sıra Körfəz ölkələri olmaqla, eyni zamanda Əl-Qaidə və Taliban kimi terror qruplaşmaları dayanır. Türkiyənin qaçqınlara qarşı həssaslığından istifadə etməyə çalışan ABŞ və BƏƏ əfqan qaçqınları Türkiyəyə yönəltməklə Tehranla Ankara arasında gərginlik yaratmağı, Suriya proseslərində istiləşən münasibətlərə zərbə vurmağı planlaşdırır. Bundan əlavə isə Suriyadan gələn 3.5 milyon qaçqına qucaq açan Türkiyənin bu sahədə qazandığı müsbət imici ləkələnməyə çalışırlar.

Bu prosesdə terror qruplaşmalarından və insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrdən geniş istifadə olunur. Sözügedən məsələlərdə isə ən çox adı hallanan ABŞ-ın Əfqanıstandakı səfiri Con Bassdır. Məhz onun Əfqanıstana gedişindən sonra terror aktlarının sayında nəzərəçarpan artımın qeydə alınması və bunun Türkiyəyə gələn əfqanların sayına kəskin təsir göstərdiyi bildirilir.

Əl-Qaidə və Taliban kimi terror qruplaşmaları insanları Türkiyəyə getmək üçün gizli şəkildə təlimatlandırır. Bəzən hətta bu qruplaşmaları maliyyələşdirən BƏƏ bəzi Körfəz ölkələrinin insan alverçilərinə də nə yolla olur-olsun, Türkiyəyə insan qaçırmaları üçün pul ödəyir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi