Türklər kimi prezident görmək istəyir? - Sorğu 

Türklərin 46%-i AKP-MHP ittifaqını dəstəkləyir.

Bu nəticə “Analitik” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Şirkətin “Seçkidə hansı partiyaya səs verəcəksiniz” sualına cavab verən respondentlər AKP-MHP ittifaqından sonra ən çox Cümhuriyyət Xalq Partiyasının (16%) adını çəkiblər. Sonrakı yerləri isə İYİ Partiya və Səadət Partiyası Bloku (13%) və Xalqların Demokratik Partiyası (4,6%) bölüşüb.

Respondentlər həmçinin prezident seçkisində hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verəcəklərini bəyan ediblər. Belə ki, bu fikri sorğu iştirakçılarının 46,4%-i dəstəkləyib. Növbəti yerlərdə isə Abdullah Gül (15,2%), Maral Akşənər (12,74%), Kamal Kılıçdaroğlu (12,7%) qərarlaşıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi