10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada ölüb

10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada ölüb 

Bərdə rayonund 10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada ölüb.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki,Tərtər rayonunun Borsunlu kənd sakini, 1990-ci il təvəllüdlü Xanım Elman qızı İsayeva oktyabrın 24-də xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. X.İsayevanın və dünyaya gətirdiyi körəpənin vəziyyəti yaxşı olduğundan oktyabrın 29-da xəstəxanadan evə buraxılıb. Ötən gecə halı pisləşənm 28 yaşlı qadın yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, müalicə aldığı xəstəxanın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəstəxanadan “Report”un Qarabağ bürosuna bildirilib ki, qadının ölümü doğuşla bağlı deyil: “Xanım İsayeva və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Yenidən xəstəxanaya müraciət edən qadının yıxılaraq ağır kəllə-beyin travması aldığı məlum olub”.

Faktla bağlı araşdırma aparılır

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi