10 manatlıq şirkətə 1.2 milyonluq tender verildi

10 manatlıq şirkətə 1.2 milyonluq tender verildi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi(“VTEK”-red.) “Şəbəkə təhlükəsizliyi avadanlıqlarının satınalınması” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “B2B Group” MMC olub. Qalib şirkətlə 1 253 807 manat məbləğində müqavilə imzalanıb.

“Fed.az”-ın məlumatına görə, “B2B Group” MMC 2019-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramal Bəşir oğlu Bəşirovdur.

Qeyd edək ki, Azərbaycanda 10 manat nizamnamə kapitalı olan şirkətlərin dövlət qurumlarından milyonluq tenderlər “qazanması” artıq adi hala çevrilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi