1.12.2017-ci il tarixinə qədər debitor borcu olan abonentlərin işığı kəsiləcək – Xəbərdarlıq

1.12.2017-ci il tarixinə qədər debitor borcu olan abonentlərin işığı kəsiləcək – Xəbərdarlıq 

Azərişıq ASC borclu abonentlərə xəbərdarlıq edib.

Azərişıq  ASC-dən  Faktinfo .az-a verilən məlumata görə, 1.12.2017-ci il tarixinə qədər debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Bu səbəbdən belə hallara yol vermiş istehlakçılara qarşı ciddi tədbirlər görüləcəyi bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi