15 saylı Yasamal birinci seçki dairəsində Ülvi Quliyev nədən üstün tərəf kimi görünür?

15 saylı Yasamal birinci seçki dairəsində Ülvi Quliyev nədən üstün tərəf kimi görünür? 

15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası hələ ki, böyük ruh yüksəkliyi ilə davam edir.


Faktinfo.az sayı xəbər verir ki, VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan vətəndaşlarla sistemli görüş keçirir. Onun seçki qərargahı ən çevik qərar qəbul edən şəxslərdən təşkil olunmaqla, günün 16 saatından çox işləyir. Ərazidən verilən məlumatda o da bildirilir ki, hər bir görüş zamanı 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan sakinlər Ülvi Quliyevə hörmətlə yanaşırlar.


Bu isə onun göstəricisidir ki, deputatlığa namizədin seçki qərargahında qısa müddət ərzində güclü kollektivçilik və kollegiyaçılıq bərqərar olub. Hər günün sonu deputat qərərgahında çalışan şəxslərin fikirləri öyrənilirsə, onların hansı təşəbbüsdə olmaları dinlənilirsə demək ki, hardasa sabahkı görüşlərin konturları da cızılır. Bütün bunlar da VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevə daha rasional yanaşma və davranma imkanları yaradır, onun alternativlərindən lazımlı məqamda önəmli hesab edilən üstün cəhətlərini nümayiş etdirir. Hətta o,tənqidçi alternativə,bir sıra ənənəvi saytlara fokuslanmağı məqbul hesab etmirsə,hardasa nəticələrə təsir edə biləcək faktorlara köklənməyə üstünlük verir.

Ülvi Quliyev qazi və şəhid ailələrinin evlərini ziyarət edərkən də hörmətlə qarşılanır, bu da ərazidən verilən məlumatda vurğulanır. Hətta onu qucaqlayıb öpənlərin olduğu da bildirilir.


Bu amil isə Ülvi Quliyevin həddən ziyadə qapalı davranışa üstünlük verdiyinin, qazi və şəhid ailələri ilə əvvəldən  davamlı təmaslarının olduğundan xəbər verir. Yəni "indiyə qədər hardaydın, seçki dönəmidir, indimi yadına düşdük" anlamında ona suallar ünvanlanmır. Belə başa düşülür ki, təcrübə sözünü deyir,Ülvi Quliyev 2020-2024-cü illər ərzində 15 saylı Yasamal rayon birinci seçki dairəsindən növbəti dəfə namizədliyini verə biləcəyini daxilən özü-özü ilə razılaşdırıbmış.O, bununla həm növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalları KİV-lərdə yazılarkən, həm də seçkinin keçirilmə müddəti bəlli olduğu dönəmlərdə "köhnə xatirələrim" qiyafəsi ilə "səmimiyyət" pərdəsi altında haqqında yayımlanan yazılara belə nədən reaksiyasız davranmasına da aydınlıq gətirmiş olur. Görünən odur ki, onun izahat verdiyi də, dinlədiyi də nəticələrə təsir edə biləcək: -vaxtı gələndə işinə yarayacağı seçici faktorunu yaddan çıxartmamaq olub.


Bu anlamda hasil olan qənaət odur ki,zamanı gələndə müəyyən təmasların da bu istiqamət üzərindən qurulacağı bir müddət əvvəldən yaddan çıxarılmayıbmış.Yəni o,müəyyən zamanını təfəkkürləri süni ittiham sübutları ilə səfərbər edənlərin neytrallaşdırılmasına deyil, onun seçki sabitliyini təmin edən seçici,qazi,şəhid ailələrinə ayırmağı daha münasib bilib.


Bütün bunlara rəğmən mübaliğəsiz nəzərə alırıq ki,15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınan 10 şəxsin sırasında  deputat seçkilərində daha çox səs qazanmaq və seçilmək imkanı olan namizəd Ülvi Quliyevdir.(Bunu ona görə yazıb,deyirik ki,təbliğat-təşviqat müddətində bu açıqca sahədə görünür.)   

Elə isə ictimaiət,siyasilər, jurnalistlər və ən başlıcası həlledici amil kimi götürülən SEÇİCİ  üçün bir suala cavab tapmaq, son günlər bir sıra saytlarda yayılmış başlıca nüansa aydınlıq gətirmək zərurəti yaranır.


-Sizcə, açıq şəkildə üstün tərəf kimi görünən,dəstəklənən  Ülvi Quliyev indiki şəraitdə digər alternativinin plakatının lövhədən qoparılmasına və ya cırılmasına  izin verərmi? Və yaxud bu gün,bu mövzuda digər namizədlərə deyil,məhz 15 saylı Yasamal birinci seçki dairəsində ən güclü namizəd kimi Ülvi Quliyevə köklənmək nəyin təzahürüdür,hansı səbəbdən qaynaqlanır?

Burada da bir yunan məsəli yada düşür.

"Xalqa böhtan atmaq olmaz,xalqa böhtan atanın özü xalqdan bir əsr geri qalıb".

Faktinfo.az


 




Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi