"22 iyul Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan bütün jurnalistləri təbrik edir, xalqımız və dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirəm"

"22 iyul Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan bütün jurnalistləri təbrik edir, xalqımız və dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirəm" -DEPUTAT

"Mətbuatın fəaliyyəti hər bir insanın həyatı, mənəvi tələbatı ilə sıx bağlıdır. Cəmiyyətin məlumat əldə etmə mənbəyi olaraq böyük əhəmiyyət kəsb edir. Mətbuatın qərəzsiz olması, məlumatların obyektiv və doğru şəkildə təqdim edilməsi vacibdir. Bu, cəmiyyətin məlumatlanmasını və ictimaiyyətin doğru qərarlar verməsini təmin edir. Ölkədə həyata keçirilən mətbuat islahatlarının və müasir media texnologiyalarının tətbiqinin nəticəsidir. Azərbaycan mətbuatı müasir dövrdə daha peşəkar, obyektiv və subektiv fəaliyyət göstərməkdədir."

Faktinfo.az xəbər verir ki,bu fikirləri sosial şəbəkə hesabında Milli Məclisin deputatı Fəzail İbrahimli yazıb.

Deputat qeyd edib ki,mətbuat ictimaiyyətə məlumat verməklə yanaşı, maarifləndirmə və təhsil funksiyalarını da yerinə yetirir. Mətbuat həm də cəmiyyətin müxtəlif qruplarının fikirlərini və problemlərini işıqlandıraraq, onların səslərini duyurur. Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalistləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təhsil, təlim-tərbiyə verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır.

Amma bu peşə müqəddəs olduğu qədər də çətin peşədir.Azərbaycan mətbuatının şərəfli tarixi var və bugünkü mətbuatımız da bu şərəfli tarixi davam etdirmək, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoyur. 22 iyul Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan bütün jurnalistləri təbrik edir, xalqımız və dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirəm.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər