2500 hemofiliya xəstəsi TƏBİB şefinə narazılıqlarını ifadə etdi - "...

2500 hemofiliya xəstəsi TƏBİB şefinə narazılıqlarını ifadə etdi - "... 2 ay dərman olmayacağı bildirilir"

"Bizim 2500 hemofiliya xəstəsi olaraq şikayətimiz TƏBİB adlanan fəaliyyətsiz qurumdan, və şəxsən onun rəhbəri olan Vüqar Qurbanovdandır.

Bu qurum və rəhbəri olan şəxs 2500 hemofiliya xəstəsini və şəxsən prezidentin sərəncamını saya saymır". 

Dia-az.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəhman Abbaszadə adlı istifadəçi giley edir.

2500 hemofiliya xəstəsi TƏBİB şefinə ÜSYAN ETDİ

Narazı vəəndaş daha sonra qeyd edir: "Ölkədə 2005 hemofiliya xəstəsi var, dünyanın bütün ölkələrində olduğu kimi bu xəstələr faktor konsentrantı ilə təmin olunmalıdırlar, və son aylaradək təmin olunurdular. Hemofiliya xəstəliyi beynəlxalq standartlara əsasən faktor preparatı ilə stasionar və ambulator şəraitdə təmin olunmalıdırlar, və profilaktika məqsədi ilə də faktor verilməlidir. AR prezidentinin 3 may 2005ci il tarixli " Hemofiliya və Talassemiya irsi qan xəstələrinə dövlət qayğısı haqqında qanun"-da da bu öz əksinu tapıb, bu xəstələr mütəmati olaraq faktorla təmin olunmalıdırlar.

2500 hemofiliya xəstəsi TƏBİB şefinə ÜSYAN ETDİ
Hemofiliya xəstəliyinin faktor preparatından başqa dərmanı yoxdur, və bu dərman həftəlik olaraq istifadə edilməlidir. Lakin 2 aydan çoxdur dərman gətirilmir hətta bundan sonra da 2 ay dərman olmayacağı bildirilir. Bu isə birbaşa yolla 2500 hemofiliya xəstəsinin həyatı ilə oynamaqdır. Qeyd edək ki, pandemiya dövründə , fors major dövrdə, Ramin Bayramlının rəhbəri olduğu dövrdə faktor təminatında heç bir sıxıntı çəkilməyib. Lakin Vüqar Qurbanovun rəhbəri olduğu TƏBİB-in  bu sabit dövründə aylarla dərman təminatı icra edilmir. Biz başda prezidentdən və birinci vitse-prezidentdən (tag edilmir) 2500 zərərçəkən hemofiliyalı xəstə olaraq, dərman təminatımızın yerinə yetirilməsini, TƏBİB adlanan fəaliyyətsiz qurumdan isə cənab prezidentin 3 may 2005ci il tarixli sərəncamına əməl oıunmasını tələb edirik!"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi