“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib

“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib - FOTOLAR

"27 Sentyabr - Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk əvvəl şəhidlərin  məzarları ziyarət olunub,onların ruhuna dualar oxunub,daha sonra isə tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Vahid Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarovaya, Vətən Müharibəsi iştirakçısı, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin Regional filialının sədri Ramin Yunusov şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını vurğulayıblar.

Çıxışlardan sonra şəhidlərimizə həsr olunmuş, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, saat 12:00-da isə rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Faktinfo.az


“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib“27 Sentyabr - Anım Günü” münasibətilə Qubada Şəhidlər Xiyabanı ziyarət edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi