70 yaşlı təqaüdçü Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin edilib-

70 yaşlı təqaüdçü Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin edilib- PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

Xəbər verdiyimiz kimi,Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrinə əsasən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov vəzifəsindən azad edilib.Onun yerinə müavini Mirdaməd Seyidov təyin olunub.


Onlarla ölkə mətbuatına o cümlədən, Faktinfo.az saytına göndərilən məktubda Mirdaməd Seyidovun direktor təyinatından şikayət edilir,əsaslandırma irəli sürülür.

Müraciət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına edilib,ictimailəşdirilməsi üçün saytlara göndərilib.


Müraciət müəllifi Qarabağ Veteranı,Kənd Təsərrüfatı mütəxəssisi,uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində işləmiş Seyidov Məmməd Təvəkkül oğlu bildirir ki,yeni direktorun 70 yaşı var,o, təqaüdçüdür.Məmməd Seyidov Mirdaməd Seyidovun yaşıllaşdırma təsərrüfatından anlayışı olmadığını qeyd edir,onun direktor olmasını uğursuz təyinat hesab edir.


Müraciət müəllifi onu da bildirir ki, Mirdaməd Seyidovun təqaüdçü olması ilə barışmaq olardı,heç olmasa o,mütəxəssis olaydı.Mütəxəssis deyil, hərbi komisarlıq sistemində işləyib,deyilənə görə ixtisasca kimya müəllimidir.


Müraciət müəllifi son illər Bakı Şəhəri Yaşıllaşdırma Təssərrüfatı Birliyində aparılan kadr məsələlərinə də münasibət bildirib: "Özüm daxil,onlarla peşəkar mütəxəssisi qeyri-peşəkar,heç bir təhsili olmayan şəxslər əvəzləyib.Şəxsi maraqlarına görə,kimi gəldi ora işə götürüblər.Ona görə də son 2 ildə quruma bir neçə şəxs direktor təyin edilib.Eldar Əzizovun növbəti uğursuz kadrı Mirdamət Seyidovdur.Bu təyinat çox utandırıcı haldır."


Faktinfo.az xəbər verir ki,müraciət müəllifi Qarabağ Veteranı,Kənd Təsərrüfatı mütəxəssisi,uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində işləmiş Seyidov Məmməd Təvəkkül oğlu bu barədə Azərbaycan Respubilkasının prezidenti İlham Əliyev cənablarına teleqram vurduğunu da bildirir.


Qeyd edək ki,Məmməd Seyidov sayta müraciət göndərməsini təsdiqləyib.Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidovun münasibətini öyrənməyə çalışsaq da,o,zənglərə cavab verməyib.


Onu da qeyd edək ki,Məmməd Seyidovun müraciətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına qarşı işlədilən bir neçə cümlənin verilməsi qanuna müvafiq hesab edilmədi.Müraciət müəllifinə nəzərə alması tövsüyə edilir.

FAKTİNFO.AZ








70 yaşlı təqaüdçü Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin edilib-70 yaşlı təqaüdçü Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin edilib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər