8 MİN ƏRAB BAKIDA “SPİD” XƏSTƏLİYİNƏ YOLUXUB - Ərəb blogerin gizli çəkilişi

8 MİN ƏRAB BAKIDA “SPİD” XƏSTƏLİYİNƏ YOLUXUB - Ərəb blogerin gizli çəkilişi 

Ərəb bloger Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında reportaj hazırlanıb.

 Minval.İnfo xəbər verir ki, bloger Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarəında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. Blogerin iddiasına görə Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də qeydə alınıb.  Blogerin çəkdiyi görüntülərdə bu tipli hadisələrdə adı tez-tez hallanan “İnfiniti” klub da yer alıb. Klubun içərisində, qapısının önündə çəkilən görüntülər buranın adi gecə klubu olmadığını sübut edir.


Ali Əthabın Bakıya əsas gəliş səbəbi burada ərəb turistlərin ölüm səbəbini araşdırmaqdır. Bununla bağlı bir çox şəxslərlə görüşən bloger, Bakıda ərəb turistlərə tərcüməçilik edən Sevinc adlı azərbaycanlı qızla da danışıb. Sevincin açıqlamaları bir çox məsələyə aydınlıq gətirib.

Sevinc Ərəb turistlərin Bakıya gəliş səbəbinin yüngül əxlaqlı qadınlar olduğunu deyib: “Burada ərəblər üçün hər bir şərait var. İstirahət yerləri, lüks otellər, görməli rayonlar və s. Üstəlik dolların baha olması da əsas amillərdən biridir. Bu səbəbdən Azərbaycana ərəb turistlər çox gəlir. Amma turistlər iki hissəyə bölünürlər. Bir hissəsi gəzməyə, bir hissəsi isə fahişlərə görə gəlir. Gənclər əsasən Bakıdan kənara çıxmırlar. Çoxunun da yaxşı pulu var. Bəziləri ev tuturlar, bəziləri otellərdə qalırlar.

Hər gün diskotekaya, barlara, gecə klublarına gedirlər. Məqsədləri orada gənc qızlarla tanış olmaq, onlarla cinsi münasibətə girməkdir. Otellər də həmin qadınlara kömək edirlər. Hər bir fahişədən əlavə 20 dollar alırlar. Ərəb turistlərin ölüm səbəbi də intimə bağlıdır. Hər gün içki içib, gecə klublarında əylənirlər, sonda da cinsi istəyi artıran dərman içirlər. Spirtli içki ilə bu dərmanların birlikdə qəbulunun sonunda ölüm halları yaşanır. Ailəvi gələn ərəblər isə Qəbələ, Quba kimi rayonlara üz tuturlar. Çünki onların məqsədi istirahət edib, gəzməkdir”.

Ali Əthabın hazırladığı reportaj İraq telekanallarında da yayımlanıb.







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi