BU GÜN 8 NOYABR -

BU GÜN 8 NOYABR - Zəfər Günü...

2020-ci il Noyabrın 8-də 28 illik intizardan sonra Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən ŞUŞA şəhəri işğaldan azad edildi. 44 günlük hərbi əməliyyatlar nəticəsində işğal altında olan digər rayonlarımız qəvi düşməndən təmizləndi.

Bu gün nəsillərin unutmayacağı tarixi bir gündür!

Bu gün Azərbaycanın tarixində intibah günüdür, sonrakı uğurlarının bir-birini əvəz etdiyi bir gündür!

Bu gün Azərbaycanın hərb tarixində dönüş günüdür!

Bu gün adı Zəfər olan, bu gündə doğulan yüzlərlə soydaşımızın fəxarət günüdür!

Bu gün zəfərlə anılacaq cümlə, şəhidlərimizin günüdür!

Bu gün vətən üçün qəhrəman oğullar dünyaya gətirmiş anaların günüdür!

Bu gün bütün qoşun növlərində xidmət etmiş və edən Azərbaycan hərbiçilərinin günüdür!

Bu gün Molla Pənah Vaqifin,Bülbülün,Natəvanın,Üzeyirin ruhlarının şad olduğu gündür!

Bu gün Ümummilli lider Heydər  Əliyevin vəsiyyətinin gerçəkləşdiyi gündür!

Bu gün Ali Baş Komandan İlham Əliyevin qürur hissi ilə bütün dünyaya "ƏZİZ ŞUŞA,SƏN AZADSAN" dediyi gündür!

YAŞA AZƏRBYCAN!

Fuad İsgəndərov 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər