Abdullah Güldən Ərdoğana şok çağırış:"Avropa İttifaqına güzəştə getmə, danışıqları dayandırın"

Abdullah Güldən Ərdoğana şok çağırış:"Avropa İttifaqına güzəştə getmə, danışıqları dayandırın" 

"Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir".

Bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib.

Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.

Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi