ABŞ-a S-400 bitməmiş, S-500 ŞOKU: Şoyqu açıqladı

ABŞ-a S-400 bitməmiş, S-500 ŞOKU: Şoyqu açıqladı 

S-400-lərin iyunda Türkiyədə olacağını söyləyən Rusiyanın Müdafiə naziri Şoygu, S-500-lərin də Türkiyə ilə birgə ortaq istehsalının reallaşacağını söyləyib.

ABŞ və Türkiyə arasında gərginliyə gətirib çıxaran S-400 alışı ilə əlaqədar mübahisə davam edərkən, Rusiyadan daha bir önəmli açıqlama verilib.

Rusiyanın Müdafiə naziri Sergey Şoygu S-500 mövzusunda Türkiyə ilə ortaq bir istehsal yaradıla biləcəyini ifadə edib.

"BİR S-500 BATAREYASI BÜTÜN XARİCİ HÜCUMLARDAN QORUYACAQ"

Rusiya Araşdırmaları İnstitutunun xəbərinə görə, Şoygu "İlk S-400 heyəti iyun ayında Türkiyədə olacaq. Türkiyə ilə S-500-ləri də ortaq istehsal edəcəyik. Bir ədəd S-500 batareyası belə bütün Türkiyə hava sahəsini xarici hücumlardan qorumağa bəs edər" deyə söyləyib.

Müdafiə naziri Şoygunun S-500 açıqlaması belədir:

"TÜRKİYƏNİN HİSARI VAR"

"Türkiyə özünün elan etdiyi milli iqtisadi bölgələrini Şərqi Aralıq dənizində Amerikan təhdidinə qarşı qoruma və müdafiə etmə qüdrətindədir" deyən Şoygu, "Qaldı ki, Türkiyənin əlində özünün istehsal etdiyi müasir texnologiya “Hisar” Havadan Müdafiə batareyaları var. Amerika gecikdiyini təzəlikcə fərq edib. Amerika nə edirsə, etsin Türkiyə öz ölkəsinə raketdən müdafiə qalxanını quracaq. ABŞ-ın həmlələri Türkiyənin dostu olan bir ölkənin həmlələri deyil. Onsuz da bunu artıq dünya öyrəndi. Türkiyə artıq ABŞ-ın əmr verdiyi bir ölkə deyil. Tam müstəqil yeni bir gücdür, bunu Amerika da qəbul edəcək"./Müxalifət.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi