ABŞ-ın növbəti sanksiyaları Rusiya iqtisadiyyatının həssas yerinə yönələcək

ABŞ-ın növbəti sanksiyaları Rusiya iqtisadiyyatının həssas yerinə yönələcək 

ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatı üçün əhəmiyətli bölgələrdən sayılan sahəyə-onun dövlət borclarına yönələ bilər.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“The Wall Street Journal”ın xəbərinə görə isə, bundan sonra amerikalıların rus istiqrazları ilə bağlı əməliyyatlara buraxılışları yasaqlanacaq. ABŞ maliyyə müəssisələri Rusiyanın Mərkəzi Bankından, Maliyyə Nazirliyindən və Milli Rifah Fondundan dövlət istiqrazı ala bilməyəcəklər.

“Bloomberg” agentliyinin informasiyasına əsasən, Ağ Ev Rusiyanı bununla “SolarWinds” şirkətinin proqram təminatı ilə qorunan hökumət qurumlaırna edilən kiberhücuma, habelə seçkilərə qeyri-qanuni müdaxiləsinə görə cəzalandırmaq istəyir.

Bundan başqa, RF-yə onlarla hüquqi və fiziki şəxs sanksiyalar altına düşəcək. Xəbər agentlikləri Birləşmiş Ştatlaırn ölkədə çalışan 10-dan çox diplomatı ölkədən qovacağını da yazırlar.

Buna rəğmən Co Bayden administrasiyasında sanksiyalar məsələsində fikir ayrılıqları da mövcuddur. Daha radikal mövqe tutanlar birbaşa ən yuxarı rəhbərliyə qarşı sərt tədbirlər görülməsini təklif edirlər. Lakin onlara Dövlət Departamenti və Maliyyə Nazirliyinin məsələyə ehtiyatlı yanaşan rəsmiləri opponentlik edirlər. Onların fikrincə, sanksiyalar dəqiqliklə, konkret sahələrə yönəlməlidir. Əks halda ABŞ-ın həyati önəm kəsb edən maraqları zərbə altında qalacaq. Buna nümunə olaraq ekspertlər rus oliqarx Oleq Deripaska və onun “Rusal” şirkətinə qarşı sanksiyaların tətbiqi zamanı yaranan problemlərə işarə vururlar. Məhz bundan sonra ABŞ-ın alüminium bazarında böhran yarandı və bu məhsulun qiymətləri kəskin olaraq bahalaşdı.

Bir sıra mütəxəssislərin rəyinə görə, Rusiyanın rublla ölçülən dövlət borcuna yönəlik məhdudlaşdırmar Kreml üçün olduqca xoşagəlməz hadisə sayılsa da kritik əhəmiyyətə malik deyil. Belə ki, Rusiya Mərkəzi bankının əlində hələ 600 milyard dollarlıq ehtiyat var. Əcnəbilərin rus istiqrazlarına sərmayəsi isə 40 milyard dolları ötmür. /Musavat.com 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi