ABŞ-nin “Eyzenhauer” təyyarə gəmisi Fars körfəzinə daxil oldu

ABŞ-nin “Eyzenhauer” təyyarə gəmisi Fars körfəzinə daxil oldu 

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Duayt D. Eyzenhauer” təyyarə gəmisi Hörmüz boğazından keçərək, Fars körfəzi sularına daxil olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

“Noyabrın 26-da “Duayt D. Eyzenhauer” təyyarə gəmisi tam heyəti ilə Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil oldu. Gəmi Fars körfəzində əsas beynəlxalq su yollarında naviqasiya azadlığını təmin etmək üçün patrul rolunu yerinə yetirəcək”, - komandanlıqdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusunun sözçüsü Peter Lerner əgər təhlükə yaransa, İsrail Müdafiə Qüvvələrinin (İDF) Aralıq dənizinin şərqində yerləşdirilmiş ABŞ-nin iki təyyarə gəmisindən istifadə etməyə hazır olduğunu bildirmişdi.

Digər tərəfdən. ABŞ da Qəzza zolağı ilə bağlı münaqişə ilə əlaqədar “Duayt D. Eyzenhauer” və “Cerald R. Ford” təyyarə gəmilərinin başçılıq etdiyi təyyarədaşıyan hücum qruplarının Aralıq dənizinin şərqinə göndərildiyini elan etmişdi./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi