ABŞ prezidenti: "Bunların həyatda etdikləri hər hansı yaxşı bir şey yoxdur, ümid edirəm ,Çin Şimali Koreyaya təzyiq"...

ABŞ prezidenti: "Bunların həyatda etdikləri hər hansı yaxşı bir şey yoxdur, ümid edirəm ,Çin Şimali Koreyaya təzyiq"... 

Cənubi Koreya Baş Qərargahının yaydığı məlumata əsasən Şimali Koreya yerli saatla 09.40 radələrində Şimali Pyongan şəhəri yaxınlığındakı Banghyon hərbi bazasından raket uçuşu reallaşdırıb.

Faktinfo.az  xəbər verir ki,Raket 930 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb. Yaponiya hökumətinin sözçüsü Yoshihide Suga jurnalistlərə verdiyi açıqlamada  mərminin 40 dəqiqə uçduğuna və Yaponiyanın Yapon dənizində iddia etdiyi sulara düşdüyünə diqqəti çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da raket sınağına sosial media üzərindən reaksiya göstərərək bunları qeyd edib: "Bunların həyatda etdikləri hər hansı yaxşı bir şey yoxdur? Cənubi Koreya və Yaponiyanın buna daha artıq dözəcəyinə inanmaq çətindir. Ümid edirəm ,Çin Şimali Koreyaya təzyiq edər və bu mənasız hadisələrə artıq bir son verər."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər