ABŞ Senatı Türkiyəyə qarşı sanksiya layihəsini 18 səslə qəbul etdi

ABŞ Senatı Türkiyəyə qarşı sanksiya layihəsini 18 səslə qəbul etdi –Rəsmi Ankaradan ilk açıqlama

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Bu gün S-400-lərə görə nəzərdə tutulan sanksiya paketi senatda səsverməyə çıxarılıb və 18 senatorun səsi ilə qəbul edilib.

Məlumata görə, layihənin əleyhinə cəmi 4 senator çıxıb.

Məsələyə rəsmi Ankaradan ilk reaksiya verilib.

Prezident Ərdoğanın sözsüsü İbrahim Kalın deyib ki, vəziyyəti yaxından izləyirlər: “İndi bu sanksiya layihəsi Prezident Trampın üstünə gedəcək. Qarşımızda bir mərhələdə var yəni. Trampın yaxşı niyyət içində olduğunu bilirik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi