ABŞ silahları ilə Rusiya ərazisi vurula bilər – “Bu, Ukraynanın verməli olduğu qərardır”

ABŞ silahları ilə Rusiya ərazisi vurula bilər – “Bu, Ukraynanın verməli olduğu qərardır” 

Məlum olduğu kimi, Rusiyanın Xarkov istiqamətindəki hücumunun qarşısının vaxtında alınmamasının səbəblərindən biri də Ukraynanın sərhədin Rusiya tərəfində toplaşan işğalçı qoşunları ABŞ silahları ilə vura bilməməsidir.

Çünki ABŞ onun silahları ilə Rusiya ərazisinin vurulmamasına dair Kiyev qarşısında şərt qoyub.

AzPolitika.info xəbər verir ki, Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ərazisini Amerika silahları ilə vurması ehtimalını şərh edib. Blinken ABŞ-nin buna icazə verib-verməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən yayınsa da, ABŞ-nin prinsipcə Rusiya ərazisinin vurulmasına etiraz etmədiyini deyib: “Biz öz siyasətimizi aydın şəkildə müəyyənləşdirmişik. Lakin bu, Ukraynanın qəbul etməli olduğu qərardır və biz Ukraynanın döyüş meydanında uğur qazanması üçün lazım olan silahlara malik olmasını təmin edəcəyik”.

Xatırladaq ki, mayın əvvəlində Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron Kiyevə səfəri zamanı bildirmişdi ki, Ukrayna Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malikdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi