ABŞ sümükləri əridən dəhşətli bomba yağdırdı

ABŞ sümükləri əridən dəhşətli bomba yağdırdı 

Mosulda ABŞ, İraq, YPG və Haşdi Şabi qüvvələrinin İŞİD-ə qarşı keçirdikləri əməliyyat faciə ilə nəticələnib.

Faktinfo.az xəbər verir ki, ABŞ-ın havadan, digər qüvvələrin isə qurudan İŞİD hədəflərinə atdığı fosfor bombaları xeyli sayda mülki vətəndaşın ölümünə səbəb olub.

Fosfor bombaları ilə vurulan Əl-Nuri məscidinin və Habda minarəsinin yanan görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, bölgədə azı 200 min mülki vətəndaşın olduğu deyilir və hər dəfə İŞİD-ə qarşı həyata keçirilən bombardman zamanı onlarla günahsız insan həlak olur. Xüsusən, şəhərə davamlı olaraq atılan fosfor bombası oksigenlə təmas zamanı alovlanır və bu alov insanın sümüklərini belə əridəcək qədər güclüdür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi