Abşeron Suvarma Sistemləri idarəsinin fəaliyyətində qənaətbəxş olmayan əmsallar

Abşeron Suvarma Sistemləri idarəsinin fəaliyyətində qənaətbəxş olmayan əmsallar 

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki qurumlar arasında Abşeron Suvarma Sistemləri İdarəsi də uzun illər medianın gündəmində olan, mətbuatın tənqid hədəfinə tuş gələn idarə kimi tanınıb.

Belə bir durumun yaranmasının əsas səbəbkarı isə heç şübhəsiz ki, uzun illərdi idarənin rəisi işləyən Yusif Ələsgərovdur.

Xatırladaq ki, Yusif Ələsgərov ötən əsrin 90-cı illərində “Bakıelektrikşəbəkə”nin rəisi olub, indiki ”Azərsu” ASC-də məsul vəzifədə çalışıb. İşlədiyi vəzifədə yol verdiyi  nöqsanlara görə tutduğu vəzifələrdən azad olunub.Bu  barədə KİV-də vaxtilə çox yazıldığından həmin məsələlərə qayıtmağa ehtiyac duymuruq.

Yusif Ələsgərov indiki vəzifəsində isə artıq 15 ildir  ki, fəaliyyət göstərir. Bu müddətdə qeyri-qanuni əməllərinə görə, onun vəzifədən alınacağı və məsuliyyətə cəlb ediləcəyi ilə bağlı dəfələrlə xəbərlər yayılsa da, o hər dəfə vəziyyətdən çıxmağa müvəffəq olub. Əlbəttə ki, bu işdə bəzi nüfuzlu şəxslərin – himayədarların rolu xüsusi qeyd edilməlidir.Biz həmin şəxslərin kimliyini hələlik müəyyən səbəblərdən açıqlamırıq.  Elə buna görədir ki, haqqında yazılan saysız-hesabsız tənqidi məqalələr onun heç vecinə də deyil. Yusif Ələsgərov özünə və havadarlarına o qədər arxayındır ki, hətta deyilənə görə, bəzi hallarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bəzi rəhbər şəxslərini də eşitmir.

Nəhayət, keçək əsas mətləbə. Belə ki, Faktinfo.az saytına Yusif  Ələsgərovun həm şəxsi həyatı, həm də idarədəki fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olub. Onun şəxsi həyatı ilə bağlı məlumatları yazmağı  özümüzə rəva bilmirik və kənara qoyuruq. Amma,bircə əmsalı vurğulamaq istəyirik ki,Y.Ələsgərov müəyyən dairələrdə özünü həmişə  öyür.  Bu isə heç də yaxşı hal deyil,ona müəyyən problemlər yarada bilər.

Yusif Ələsgərovun idarə rəisi kimi fəaliyyəti ilə bağlı məlumatlara aydınlıq gətirmək üçün isə bəlkə də, xüsusi bir komissiya yaradılmasına ehtiyac var. Həmin komissiya ilk növbədə araşdırmalıdır ki, Abşeron SSİ də ştat cədvəlində neçə şəxsin adı olub,hazırda da var və onların neçəsi gündəlik işə çıxır? İşçilərin neçəsi rəisin qohumu, qardaşı ,dostu, tanışıdır? Həmçinin Hidayət Rəcəbov kimdir,o sudan istifadə edən cəmiyyətin necə sədri olub.

Məlumata görə, 73 km-lik Abşeron magistral kanalının və onun üzərindəki hidrotexniki qurğuların bəzi hissələri aşınmaya məruz qalıb. Aydınlaşdırmaq lazımdır ki, bununla bağlı zamanında  hansısa tədbir görülübmü,bu istiqamətdə vaxtilə əsaslı  təmir və istismar xərcləri nə dərəcədə səmərəli xərclənib?

Bakı ətrafı qəsəbələrdə yaradılan fermer təsərrüfatlarında, eləcə də sakinlərin həyətyanı sahələrində hələ də suvarma suyu istənilən səviyyədə deyil, ona görə də içməli su bəzən suvarma suyu kimi  istifadə edilir. İdarə rəisindən soruşmaq lazımdır ki, hansı səbəbdən bu problem birdəfəlik həll edilmir?

Abşeron yarımadasının ekologiyasını sağlamlaşdırmaq məqsədilə yeni-yeni yaşıllıqlar salınır, hər il milyonlarla ağac, dekorativ kol bitkiləri və gül-çiçək əkilir, yaşıl örtüklü qazonların sahəsi genişləndirilir. Ancaq suvarma suyu vaxtlı-vaxtında verilmədiyindən həmin yaşıllıqların xeyli hissəsi məhv olaraq sıradan çıxır. Görəsən, Yusif Ələsgərov bu acınacaqlı vəziyyətin yaranmasında Abşeron SSİ-nin rəisi kimi,nə qədər məsuliyyət daşıdığının  fərqindədirmi?

Ciddi araşdırma tələb edilən məsələlərdən biri də su ötürən borular yeniləri ilə əvəz edilərkən  boruların hansı MMC-dən,hansı qiymətə alınmasıdır, və ya  köhnə boruların hara təhvil verilməsinin araşdırılmasıdır.

Bundan başqa, Yusif Ələsgərovdan soruşmaq lazımdır ki, Abşeron magistral kanalının və ayrı-ayrı kəndlərdəki nasos stansiyalarının yenidən qurulması zamanı hansı dövlət və özəl qurumların xidmətindən istifadə olunur,nasos stansiyalarında təmir zamanı şişirdilmiş qiymətlərdən istifadə edilmir ki? Bu zaman hansı şərtlər əsasında razılaşma əldə edilir?

Maraq doğuran məsələlərdən biri də idarənin balansında olan texnika və qurğuların tam təyinatı üzrə istifadə edilib-edilməməsi ilə bağlıdır. Aydınlaşdırmaq lazımdır ki, həmin texnikalar kimlərə icarəyə verilir?

Yanacaq,sürtkü yağları,ehtiyyat hissələrinə dair zamanla ayrılmış dövlət vəsaitlərindən şəffaf şəkildə istifadə olunubmu?

Daha bir məlumata görə, 2011-2012-ci illərdə “Pirşağı”, “Novxanı” nasos stansiyalarında yenidənqurma işləri görülüb, kifayət qədər dövlət vəsaiti xərclənib. Son iki ildə  həmin stansiyalara təmir adı ilə yenidən dövlət vəsaiti xərclənib.Görəsən,indi həmin nasos stansiyaları tam gücü ilə niyə işləmir?

Bu tipli müəmmalı məsələlərin  sayı kifayət qədər çoxdur. Hesab edirik ki, əgər müvafiq komissiya yaradılarsa və Yusif Ələsgərovun 15 illik fəaliyyətinin ən azı son 5 ili  əhatəli araşdırılarsa, çox mətləblərə aydınlıq gətirirlər.

Qeyd edək ki,yazı yayımlanmazdan əvvəl,KİV haqqında qanunun müvafiq tələbinə uyğun olaraq idarə rəhbərliyinin mövqeyinin öyrənmək mümkün olmamışdır.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi