ADA universitetinin tələbəsi eyni vaxtda dünyanın 16 qabaqcıl universitetindən təklif aldı

ADA universitetinin tələbəsi eyni vaxtda dünyanın 16 qabaqcıl universitetindən təklif aldı 

ADA Universiteti Hüquq fakültəsinin tələbəsi Ayxan Dadaşov eyni vaxtda dünyanın ən qabaqcıl 16 universitetindən magistr dərəcəsi üzrə qəbul təklifi alıb:

Siyahıya nəzər yetirdikdə müəyyən olunur ki,beynəlxalq hüquq ixtisası üzrə magistr və elmi dərəcələrin verilməsində bu universitetlər dünyanın ən aparıcı ali təhsil müəssisələri hesab olunur.

American University
University of Cambridge
University of California, Berkeley
London School of Economics (LSE)
King’s College London
Northwestern University
University of Pennsylvania
Georgetown University
Cornell University
University of Michigan Ann Arbor
University College London (UCL)
Queen Mary University of London
Durham University
University of Bristol
University of Nottingham
University of Amsterdam


Faktinfo.az xəbər verir ki, Ayxan Dadaşov universitetlər sırasından magistr təhsilini beynəlxalq hüquq ixtisası üzrə American University-də (LL.M. in International Legal Studies) almaq qərarına gəlib. O, həmçinin, akademik və professional göstəricilərə görə məhdud sayda tələbəyə verilən Global Talent Development təqaüdünə də layiq görülüb.

Hədəfləri isə bəllidir – beynəlxalq hüquq ixtisası üzrə American University-də yüksək təhsil alıb gələcəkdə Azərbaycanı xaricdə layiqincə təmsil etmək, dövlətə, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət etməkdir.

Qeyd edək ki,orta məktəbi qızıl medalla bitirən,Prezident təqaüdçüsü Ayxan Dadaşov universitetdə təhsil aldığı müddət ərzində akademik göstəricilərinə görə müxtəlif təqaüdlərə də layiq görülüb. O, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsində, rayon (şəhər) məhkəmələri və prokurorluqlarında, AMADA, Ekvita, Baker Tilly kimi şirkətlərdə təcrübə proqramlarında iştirak edərək,mərhələləri uğurla başa vurub.

FAKTİNFO.AZ

ADA universitetinin tələbəsi eyni vaxtda dünyanın 16 qabaqcıl universitetindən təklif aldıADA universitetinin tələbəsi eyni vaxtda dünyanın 16 qabaqcıl universitetindən təklif aldı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi