ADAU: Bir sıra məqalələrdə yer alan "ümümiləşmələrin" həqiqətlə heç bir əlaqəsi yoxdur

ADAU: Bir sıra məqalələrdə yer alan "ümümiləşmələrin" həqiqətlə heç bir əlaqəsi yoxdur 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi tərəfindən elmli professor-müəllim heyətinin uzaqlaşdırılması fikri şərdir, böhtandır."

  Bu fikirlər Faktinfo.az saytına ADAU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilən xəbərdə yer alır. Məlumatda o da qeyd olunur ki, son aylar bir sıra saytlarda təkrarçılıqla ADAU və onun rektoru haqqında aparılan "ümümiləşmələr" sifariş, məqalələrdə anonim mənbələrə istinad isə qəsdən suni ittiham sübutları ilə ictimai-rəyi çaşdırmaq istəyənlərin davamlı "çağırışı" kimi qəbul edilir.

 

  Qənaətimiz belədir: ADAU-nun rektoru İbrahim Cəfərov özünü ictimai rəydən, yüksək amaldan məhrum etməyib. O səbəbdən də universitetin professor-müəllim heyəti ilə hörmətlə davranır, onların ADAU-dan uzaqlaşdırılmasını düşünmür, kafedra müdirləri seçkisinə anlayışla yanaşır, müasir  çağırışlara cavab verən gənc müəllimlərin kafedralara işə götürülməsini məqbul bilir, heç bir məsələyə şəxsi istək və arzudan irəli gələn bir şəkildə müdaxilə etmir, qərar qəbul edərkən kollegial yanaşmaya üstünlük verir.

         

   O cümlədən, ADAU-da imtahan sessiyasının keçirilməsi zamanı məsuliyyət hissini itirmir, şəffaflığın maksimum şəkildə təmin olunması üçün rektor əlindən gələni edir, bu prossesə dövlət mövqeyindən yanaşır. 

   Bilərəkdən, ADAU və onun rəhbərliyini illuziyalara qapılmaqla, emosional şəkildə yersiz yerdən tənqid etmək ənənəsi isə məlum saytlar üçün "səmimiyyət" adı altında pərdələnməkdir.


    Həmçinin, rektor İbrahim Cəfərov ADAU-da heç kimin məvacibinə məxsusi yanaşıb artım etmir (ümumiyyətlə bu onun səlahiyətində olmayan məsələdir), heç bir müəllimlə ədavət aparmır. Ona görə də bir sıra saytlarda dərc olunan "dəlilləri" nəzərə alaraq bildiririk: - "ideyalarnızın" həqiqətlə heç bir əlaqəsi yoxdur, sadəcə şəxsi meyllə bağlı olub növbəti dəfə milləti çaşdırmaq ənənəsidir.

   

  ADAU ictimaiyyətlə əlaqələr şöbəsi






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi